Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon MKS-nin Təzəkənd kitabxanası “Dahi şəxsiyyət” adlı sərgi-tədbir keçirilib

12.12.2025

12 dekabr 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin Təzəkənd   kənd kitabxanası tərəfindən ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar olaraq Təzəkənd  kənd tam orta məktəbində “Dahi şəxsiyyət” başlıqlı sərgi-tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxışlar edilərək iştirakçılara Ümummilli liderin həyatı və siyasi fəaliyyəti haqqında məlumat verilib. Daha sonra məktəblilərin ifasında Ulu öndərə həsr olunmuş şeirlər səsləndirilib.

Tədbirin sonunda ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

 

115.1 KB

 

116.4 KB

 

91.3 KB

 

95.6 KB