08.12.2025
8 dekabr 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xəlfəli kənd kitabxanası Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə şairin ev-muzeyində “Vətənə bağlılıq” adlı tədbir keçirib. Tədbir zamanı mövzu ətrafında çıxışlar edilərək Xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından, onun Azərbaycan poeziyasının inkişafında göstərdiyi xidmətlərdən danışılıb. Sonra fəal oxucuların ifasında şairin şeirləri səsləndirilib.