09.12.2025
9 dekabr 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar “Mədəniyyətimizin hamisi” adlı tədbir keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra mövzu ətrafında çıxışlar edilərək Ümummilli liderin həyat və siyasi fəaliyyətindən, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışılıb.
Daha sonra Ulu öndərə həsr olunmuş film izlənilib.